Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinə Rusiya FTX-nin mümkün nəzarətini istisna etməyib. Halbuki. Paşinyan Rusiyanın Zəngəzur dəhlizinə nəzarətini qəbul etmirdi. Hətta, 10 noyabr Bəyannaməsinin qüvvədən düşdüyünü elan etmişdir”.
KONKRET.az xəbər verir ki, bunu siyasi ekspert Məhəmməd Əsədullazadə qeyd edib.
O bildirib ki, Rusiya və Ermənistan arasında sözügedən məsələyə dair razılıq əldə olunub:
“Görünür, Moskvada Putinlə Paşinyan arasında danışıqlarda Zəngəzur dəhlizinə nəzarətlə bağlı razılaşma əldə edilib. Razılaşma əsasında Rusiya öz sərhəd qoşunlarını İranla sərhəddən çıxarır. Həmçinin Türkiyə ilə sərhəddə Ermənistan sərhəd xidməti ilə Rusiya sərhədçiləri birgə xidmət aparacaq. ABŞ Paşinyanın bu qərarı ilə bağlı mövqe ortaya qoymayıb. Orta Dəhlizi Rusiyanın nəzarətinə vermək ABŞ, Türkiyənin və Böyük Britaniyanın da geosiyasi maraqlarına ziddir. Qeyd edim ki, Rusiya üzərindən Orta Dəhlizi məlum hadisələrə görə işləmir. Gürcüstan hökuməti Rusiya ilə əlaqələri inkişaf etdirdiyi üçün ABŞ Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Həmçinin Orta Dəhlizin İran üzərindən reallaşmasını da Qərb qəbul etmir”.
Ekspert bildirib ki, bu addım Rusiyanın regionda mövqeyini daha da gücləndirəcək:
“Paşinyanın bu qərarı Rusiyanın Ermənistanda və regionda mövqeyini gücləndirəcək və Orta Dəhlizə tam nəzarət etməsi demək olacaq. Rusiyanın da istədiyi bu idi. Görünür, Putin Paşinyanı ikitərəfli danışıqlarda iqtisadi və hərbi müstəvidə təhdid edib ki, belə bir beynəlxalq layihənin Rusiyanın nəzarətinə keçməsinə mane olmayıb. Ümumiyyətlə, Rusiyanın Zəngəzur dəhlizinə nəzarəti Azərbaycanın milli təhlükəsizlik maraqlarına cavab vermir. Ermənistan baş naziri də yaxşı bilir ki, o çox məsuliyyətli və ölkəsi üçün təhlükəli bir prosesə razılıq verib. Ona görə də, növbəti prosesdə Paşinyan öz mövqeyindən geri çəkilə bilər. ABŞ bu xüsusda Ermənistan hakimiyyəti ilə sıx işləyəcək. Çünki Rusiyanın Zəngəzur dəhlizinə nəzarət edəcək idisə, Rusiya və Gürcüstan, həmçinin İran üzərindən Orta Dəhlizin bağlanmasına nə ehtiyac var idi?! Ona görə də ABŞ bununla bağlı Ermənistanı qərarından imtina etmeye sövq edə bilər”.
Məlik,
KONKRET.az