Putin Paşinyanın istəyini yerinə yetirdibackend

Putin Paşinyanın istəyini yerinə yetirdi

Dünən Rusiya və Türkiyə prezidentlərinin görüşündən sonra Suriyanın şimalındakı hərbi əməliyyatlar zonasında ortaq Rusiya-Türkiyə nəzarətinin başlaması barədə qətnamə qəbul edilib. KONKRET.az yerli mediaya istinadən bildirir ki, Qamışlı şəhərinin statusu ayrıca müəyyənləşdirilib, bu böyük şəhərə birgə nəzarət həyata keçirilməyəcək. Hazırda Suriya ordusu şəhərə tam nəzarəti həyata keçirir.

Xatırladaq ki, Qamışlı, təxminən 500 erməni ailəsi də daxil olmaqla 200 min nəfər əhalisi olan və Hələbdən sonra Suriyada ermənilərin ən çox məskunlaşdığı bir şəhərdir. Ermənilərlə yanaşı şəhərdə assuriyalılar, yəhudilər və kürdlər də yaşayırlar.

Niyə rus-türk birgə nəzarəti Qamışlıdan yan keçdi? Xatırladaq ki, Qamışlı erməniləri Türkiyənin Suriyaya müdaxiləsindən dərhal sonra şəhəri tərk etmək niyyətində olmadıqlarını bildirmişdilər. Erməni icmasının nümayəndəsi Xaçik Melkonyan bu gün səhər bildirib ki, “Suriyanın şimal-şərqindəki türk işğal zonasında olan erməni əhalisi indi təhlükədən uzaqdırlar”.

Oktyabrın 11-də Ermənistan parlamentində Suriyadakı ermənilərin vəziyyətinə dair dinləmələr keçirilmişdi. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözlərinə görə, bütün diqqətləri Qamışlıya yönəlib. “Hazırda ermənilərin yaşadığı diqqət mərkəzində olan yeganə şəhər Qamışlıdır. Biz şəhərdə olan ermənilərlə və şəhərin ruhani liderləri ilə əlaqə saxlayırıq, nəyə ehtiyac duyduqlarını, hansı problemlərin olduğunu başa düşməyə çalışırıq. Bütün problemlər bizim gündəmimizdədir”, – deyə TŞ-nin katibi bildirib.

Oktyabrın 12-də Ermənistanın Baş Naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı apararaq Suriyanın şimalındakı vəziyyəti müzakirə edib. Sonra Paşinyan öz Facebook səhifəsində Suriyanın erməni icmasının təhlükəsizliyi üçün vacib olan məsələdə Putinə müraciət etdiyini açıqlayıb. Paşinyan yazıb ki, “RF prezidentinə çevik cavabına görə minnətdaram”.

Paşinyanın onlardan istəyi doğrudanmı Qamışlı ilə bağlı idi?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*