“Putin Paşinyanın taktikasını yaxşı bilir” – Markovbackend

"Putin Paşinyanın taktikasını yaxşı bilir” - Markov

“Ermənistanın Baş naziri Nikol Paşinyan konkret olaraq Rusiya hakimiyyətini sərt bəyanatlar verməyə təhrik edir, lakin hələlik heç bir nəticəsi yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Ermənistan tərəfinin KTMT-yə üzv ölkələrin köməyindən imtina etməsindən sonra deyib. Əlavə edib ki, Nikol Paşinyan bununla Rusiya rəhbərliyini hansısa sərt bəyanatlar verməyə təhrik etmək istəyir: “O, Ermənistanı Rusiyadan qoparıb, Qərbə gətirməyi özünün tarixi missiyası hesab edir. İndi o, erməni xalqı arasında mövcud olan böyük məyusluqdan istifadə edərək, bu insanları Ermənistanın Rusiya Federasiyasından üz döndərməsinə dəstək verməyə inandırmaq istəyir”.

Politoloq əlavə edib ki, Ermənistan Baş nazirinin strategiyası ABŞ-ın iştirakı ilə Fransa prezidenti Emmanuel Makronla gizli razılaşdırılıb. Onun sözlərinə görə, plan 2022-ci ilin payızında Paşinyanın Parisə səfəri zamanı hazırlanıb: “Hələ ki, Paşinyan erməni xalqını anti-Rusiya mövqelərinə çevirə bilməyib, ona görə də ciddi addımlar atmaqdan qorxur. Hələlik onun taktikası daim anti-Rusiya hücumları yaratmaqdan ibarətdir. Ermənistan Avropa İttifaqı ilə konfrans keçirməyi KTMT sammitinə getməkdən üstün tutur. Məqsəd Rusiya rəhbərliyini Ermənistana qarşı ciddi addımlar atmağa vadar etməkdir. Lakin Rusiya prezidenti Vladimir Putin çox yumşaq mövqe tutur, çünki o, Paşinyanın taktikasını bilir”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*