“Rusiyada Priqojinin Moskvaya keçidinə mane ola biləcək ciddi qüvvələr yoxdur”.
KONKRET.az xəbər verir ki, bu barədə “Vajnıye istorii” nəşri məlumat yayıb.
Nəşrin mənbəsinin bildirdiyinə görə, Putin Vaqner bölmələri ilə toqquşmadan qaçmaq istəyir. Ona görə də təhlükəsizlik qüvvələri qarşısında muzdluların başçısını aradan qaldırmaq vəzifəsi qoyulub. Bunun üçün müharibədə iştirak etməyən bütün bölmələrdən: Çeçen birləşmələrindən, Milli Qvardiyadan, Daxili İşlər Nazirliyindən və FTB-dən hərbi qruplaşma yaradılacaq.
“Putinin savaşa həvəsi yoxdur, ona görə də bir nömrəli vəzifə Priqojini aradan götürmək və bütün bu biabırçılığa görə amnistiya vəd edərək Vaqnerin onurğasını sındırmaqdır”, – deyə nəşrin mənbəsi vurğulayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az