Putin: “Qarabağın KTMT-yə heç vaxt aidiyyatı olmayıb”backend

Putin: “Qarabağın KTMT-yə heç vaxt aidiyyatı olmayıb”

Rusiya prezidenti Vladimir Putin Ermənistan hakimiyyətinin KTMT-nin Astana sammitində iştirak etməməsinə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, Putin bildirib ki, hər bir ölkə öz təhlükəsizliyini necə təmin edəcəyinə müstəqil qərar verir: “Hər bir ölkə nə etmək istədiyini və öz təhlükəsizliyini necə təmin etmək istədiyini özü seçir. Hesab edirəm ki, Ermənistanla KTMT arasında yaranmış vəziyyət çox güman ki, Ermənistanda gedən daxili siyasi proseslərlə bağlıdır”. Ermənistanın Qarabağ məsələsinə görə KTMT-dən uzaqlaşmasıyla bağlı suala cavabında Putin deyib ki, Qarabağın KTMT-yə heç bir aidiyyatı yoxdur və Ermənistan Qarabağı  heç vaxt rəsmi şəkildə öz ərazisi hesab etməyib. Üstəlik Ermənistan Qarabağın müstəqilliyini də tanımayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*