Putin Qətər əmirinə təşəkkür etdibackend

Putin Qətər əmirinə təşəkkür etdi

Rusiya prezidenti Vladimir Putin Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taniyə Ukrayna münaqişəsinin yaratdığı humanitar problemlərin həllində göstərdiyi köməyə görə təşəkkür edib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, liderlər arasında görüş Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində baş tutub.

“Humanitar xarakterli məsələlərin həllinə yönəlmiş səylərinizə görə Sizə minnətdarlığımı bildirmək istərdim”, – deyə Putun bildirib. O, vurğulayıb ki, məhz Qətərin vasitəçiliyi ilə Rusiya və Ukrayna tərəfdən uşaqları ailələrinə qaytarmaq mümkündür.

Cavabında Təmim bin Həməd Əl Tani Dohanın Ukrayna böhranının hər iki tərəfi qaneedici şəkildə başa vurmasını arzuladığını bildirib.

Orxan

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*