Putin MDB-nin qeyri-rəsmi sammitinin iştirakçılarına doqquz üzük hədiyyə edib.
KONKRET.az xəbər verir ki, dekabrın 26-da Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda MDB dövlət başçılarını qəbul edib
MDB ölkələrinin qeyri-rəsmi sammitində iştirak edən dövlət başçıları Putindən Yeni il hədiyyəsi olaraq MDB-nin rəmzləri olan üzüklər alıblar.
Rusiya mətbuatının yazdığına görə, Vladimir Putinin Yeni il üçün hər kəsə hədiyyə etdiyi üzüyü MDB liderləri arasında yeganə şəxs Aleksandr Lukaşenko olub.
Qeyd edək ki, sammitdə Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Ermənistanın Baş naziri Nikol Paşinyan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak ediblər.
Xuraman Etibarlı,
KONKRET.az