“Moskva 2022-ci ildə Kiyevə cənub-şərqdən qoşunları çıxarmağı və münaqişəni bitirməyi təklif edib. Həmin vaxt bu təşəbbüslər Ukrayna tərəfindən rədd edilməyib”.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin komplektləşməsi kritik həddə çatıb və onların böyük miqyaslı hücum əməliyyatlarını həyata keçirmək imkanları yoxdur, ehtiyatları isə getdikcə azalır. Ancaq rahatlaşmaq olmaz. Ukraynadakı faciəyə görə Qərb günahkardır”, – Putin vurğulayıb. pizza sifarişi
Kreml rəhbəri əlavə edib ki, vəziyyəti sülh yolu ilə həll etmək mümkün olmasa, Rusiyanın öz hədəflərini hərbi yolla gerçəkləşdirməsi lazım gələcək.