“Putin SSRİ-ni bərpa etmək cəhdinin Qərbin müqaviməti ilə qarşılanacağını anladı” – Avropalı analitikbackend

"Putin SSRİ-ni bərpa etmək cəhdinin Qərbin müqaviməti ilə qarşılanacağını anladı" - Avropalı analitik

“Vladimir Putin böyük bir ölkəni hələ də nəzarətində saxlayır və sistematik olaraq Qərblə bütün körpüləri yandırır. Lakin onun hələ bu kursu dəyişməyə zamanı var”.

KONKRET.az xəbər verir ki, bu cümlələr Almaniyanın “Handelsblatt” qəzetinin analitik yazarı Matias Brüqmanın yazısında yer alıb.
Müəllif Sergey Lavrovun çinli həmkarı Van İ ilə görüşündə “AB və Rusiya arasında münasibətlər demək olar ki, qalmayıb və bunun günahı Avropa İttifaqındadır”, – deyə sözlərinə diqqət çəkib.

“Sergey Lavrovun bu sözləri “oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” mövqeyinə bənzəyir. Sanksiyalara göz yetirdikdə onların əslində Rusiyanın aqressiv hərəkətlərinə cavab olaraq tətbiq olunduğunu görmək olar. Lakin Kreml Qərbdən aralanmaqla əslində özünü daxili və xarici problemlər qarşısında hasara almaq istəyir,”-deyə yazıda qeyd olunub.

“Beynəlxalq hüququ tapdalayaraq Ukraynaya məxsus bir yarımadanı işğal etmək Rusiyanın Qara dənizdə qırmız xətti öz xeyrinə çəkmək məqsədini daşıyrdı. Lakin Qərb bu dəfə tam qətiyyət nümayiş etdirdi. Həmin vaxtdan bu yana Vladimir Putin keçmiş Sovet İttifaqı ölkələrini yenidən birləşdirmək siyasətinin Avropa və ABŞ-da müqavimətlə qarşılanacağını anladı və Qərblə münasibətləri pozmağa qərar verdi ”, – deyə müəllif fikrini davam etdirib.

Matias Brüqmanın fikrincə, hər şeyin, o cümlədən bu ayrılmanın da öz bədəli var. Vladimir Putin var gücü ilə hakimiyyətdə uzun müddət qalmağa çalışaraq ölkə daxilində müxalifəti sərt şəkildə susdurur. Çünki belə olan olan halda Qərbin sanksiyalarınındaha zəif hiss ediləcəyini düşünür. Üstəlik bütün bunların fonunda Çin və digər avtoritar dövlətlərlə yaxınlaşmaq xəttini götürüb.

“Bunu klassik “qazan-qazan” situasiyası adlandırmaq olarmı? Heç də yox. Çünki bədəl çox ağır olacaq. Çinlə müqayisədə Rusiya indi balaca qardaş kimi görünür. İndi Qərb şirkətləri Şərqdə gəlirli bazarı itirmək üzrədirlər. Ona görə də cənab Putin, hələ kursu dəyişmək üçün vaxtınız var”,-deyə müəllif fikrini bu sözlərlə yekunlaşdırıb.

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*