Putin: “SSRİ respublikaları Rusiya torpaqlarının böyük bir hissəsini aldılar” – Krımdan sonra növbə haranındır?backend

Putin: "SSRİ respublikaları Rusiya torpaqlarının böyük bir hissəsini aldılar" - Krımdan sonra növbə haranındır?

Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalının efirində iyunun 21-də yayımlanan “Moskva. Putin.Kreml” proqramında deyib ki, Sovet İttifaqı yaradılan zaman onun üzvü olan respublikaların çoxu Rusiyanın tarixi ərazilərini alıb.

KONKRET.az xəbər verir ki, onun fikrincə, həmin respublikalar SSRİ-ni tərk edərkən, necə gəlmişdilərsə, elə də getməli, Rusiya xalqının hədiyyələrini özləri ilə aparmamalı idilər.

Putin hansı respublikaları və hansı torpaqları nəzərə aldığını göstərməyib: “Yalnız Sovet İttifaqı yaradılan zaman müqavilədə ondan çıxmaq hüququ yazılsa da, prosedur qaydaları qeyd edilməyib”.

Bununla yanaşı, Putin bir daha bəyan edib ki, 2014-cü ildə Krımın Rusiyaya ilhaqı “yarımada əhalisinin demokratik seçimi”  idi: “Krım həmişə hüquqi baxımdan da bizim olub”.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*