Putin Suriyadan çıxarılma şərtlərini açıqladı: “Qanunsuz olan bütün ölkələr…”backend

Putin Suriyadan çıxarılma şərtlərini açıqladı: "Qanunsuz olan bütün ölkələr..."

“Rəsmi Moskva əgər Suriyanın gələcək rəhbərliyi bu barədə qərar qəbul etsə öz qoşunlarını bu ölkədən çıxarmağa hazırdır”.

KONKRET.AZ-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Prezidenti Vladimir Putin bir neçə telekanala verdiyi müsahibəsində deyib.

“Suriyanın ərazisində qanunsuz olan bütün digər ölkələr bu regionu tərk etməlidirlər. Bu bütün ölkələrə aiddir. Əgər Suriyanın gələcək legitim rəhbərliyi Rusiya Silahlı Qüvvələrinin öz ölkəsinin ərazisində varlığına ehtiyac olmadığını bildirsə, bu deyilənlər Rusiyaya da aid olacaq”, – deyə V. Putin əlavə edib.

Bir cavab yazın