Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampa Alyaskada görüş zamanı atəşkəs üçün ultimatum irəli sürəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “İnsayder” Teleqram kanalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Rusiya prezidenti ABŞ-dan Ukraynanın atəşkəsi pozacağı təqdirdə “İsgəndər”lərlə Kiyevə zərbə endirmək üçün qeyd-şərtsiz hüquq tələb edəcək:
“Kreml kuluarlarında Putinin ABŞ prezidenti ilə görüşündə aydın şəkildə göstərmək istədiyi “qırmızı xətti” müzakirə edirlər. Moskva açıq şəkildə bildirəcək ki, Ukraynanın hər hansı təxribatına dözməyəcək. Rusiya əmin olmaq istəyir ki, Kiyevin atəşkəsi pozmaq üçün heç bir səbəbi olmayacaq”.
Qeyd edək ki, Vladimir Putinlə Donald Tramp avqustun 15-də Alyaskada görüşəcək.