Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffla görüşündə nə vaxtsa Amerika lideri ilə görüşmək istədiyini bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə “Fox News” telekanalının müxbiri Piter Dusi Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Uitkoff bu mesajı Trampa çatdırıb, o isə görüşün nəticəsi Ukraynada müharibəyə son qoymaq olacağı təqdirdə artıq gələn həftə belə bir söhbətə açıq olduğunu bildirib.