Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsində dönüşün baş verdiyini açıqlayıb.
KONKRET.az “gazeta.ru”ya istinadən xəbər verir ki, Putin bu barədə Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib. Putin qeyd edib ki, Rusiya döyüş bölgəsində strateji təşəbbüsü tamamilə öz üzərinə götürüb: “Bizim döyüş fəaliyyətimiz rəqibin strateji təşəbbüsünün tamamilə dayandırılmasıdır”, – deyə Rusiya lideri qeyd edib. O, həmçinin əlavə edib ki, Rusiya 2024-cü ildə 189 yaşayış məntəqəsini nəzarətə götürüb.
Vəli Həsənoğlu,
KONKRET.az