Putin və Ərdoğandan ŞƏT+ sammitində GÖZLƏNİLMƏZ ADDIM – FOTObackend

Putin və Ərdoğandan ŞƏT+ sammitində GÖZLƏNİLMƏZ ADDIM - FOTO

Çinin Tyançzin şəhərində keçirilən ŞƏT+ sammitində nəzərdə tutulan ümumi fotosessiya baş tutmayıb.

KONKRET.az xəbər verir ki, səbəb isə Rusiya və Türkiyə prezidentlərinin tədbirə gecikməsi olub.

“Kommersant”ın müxbiri Andrey Kolesnikovun məlumatına görə, Vladimir Putin ikitərəfli görüşlərin ard-arda davam etməsi səbəbindən öz iqamətgahında ləngiyib. Həlledici məqam isə onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. Nəticədə Ərdoğan da fotosessiyaya gecikib.

Ümumi şəkil çəkilişi üçün 20-dən çox ölkənin lideri toplaşıb və onlar 15 dəqiqə gözləməli olublar. Daha sonra Rusiya və Türkiyə prezidentlərinin iştirak etmədiyi fotoseansın “mənasız və natamam” olacağı qənaətinə gəlinərək, tədbir ləğv olunub.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*