Rusiya Prezidenti Vladimir Putin və belaruslu həmkarı Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub.
KONKRET.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Ukraynada hərbi əməliyyatlar müzakirə edilib.
Həmçinin, Rusiya-Belarus tərəfdaşlıq və müttəfiqlik münasibətlərini daha da gücləndirmək üçün qarşılıqlı niyyət təsdiqlənib.