Putin və Mirziyoyev maska taxmadan Kremldə görüşdülər – VİDEObackend

Putin və Mirziyoyev maska taxmadan Kremldə görüşdülər - VİDEO

Rusiya Prezidenti Vladimir Putin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyunun 23-də Moskvada ikitərəfli görüş keçiriblər.

KONKRET.az xəbər verir ki, Vladimir Putin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevə Moskvadakı Qələbə Paradına gəldiyinə görə təşəkkür edib və ölkələr arasındakı unikal münasibətləri qeyd edib və mayın 9-da onun Daşkənddə Qələbə Paradını keçirdiyini xüsusi vurğulayıb.

Rusiya lideri İkinci Dünya Müharibəsi illərində Özbəkistanın SSRİ-nin bütün respublikalarından insanları qəbul etdiyini də xatırladıb. Onun sözlərinə görə, çox sayda sənaye müəssisəsi Özbəkistana köçürüldü, sözün əsl mənasında cəbhənin maraqlarına uyğun işləməyə başladılar.

Rusiya lideri qeyd edib ki, bu gün Rusiya ilə Özbəkistan müstəqil şəkildə inkişaf edir, lakin aralarında unikal strateji və müttəfiq münasibətlər mövcuddur.

Liderlər qarşıdakı görüşlərin, o cümlədən MDB və ŞƏT-in müntəzəm sammitlərinin hazırlanması və keçirilməsi barədə də razılığa gəliblər.

İyunun 24-də Mirziyoyevin faşizm üzərində Böyük Qələbənin 75 illiyi münasibətilə keçiriləcək tədbirlərdə iştirakı planlaşdırılır.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*