Reuters-in Kremlinə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni sanksiyalarının ciddi təsir göstərəcəyinə inanmır.
KONKRET.az xəbər verir ki, son 3,5 ildə tətbiq olunan ardıcıl sanksiyalara baxmayaraq, Kremlin hesablamalarına görə, Qərbin yeni cəhdləri də Rusiyanın hərbi planlarını əngəlləyə bilməyəcək.
Mənbələr bildirirlər ki, Putin ABŞ və Qərblə münasibətləri yaxşılaşdırmaq imkanının əldən çıxa biləcəyini anlayır. Lakin Rusiya lideri üçün prioritet hələ də hərbi məqsədlərdir.