“Rusiya Avrasiya məkanında qitənin bütün ölkələrini birləşdirəcək təşkilatın yaradılması konsepsiyasını irəli sürəcək”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, Rusiya Aİİ, KTMT və MDB-dəki tərəfdaşları ilə intensiv dialoq aparır.
“Afrikada bütün Afrika ölkələrini birləşdirən Afrika Birliyi var. Latın Amerikasında Latın Amerikası və Karib hövzəsi Dövlətləri Birliyi var ki, bu da ümumkontinental təşkilatlardır. Amma Avrasiyada belə bir təşkilat yoxdur. Avroatlantik konsepsiya əsasında qurulmuş ATƏT var, həmçinin Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) və Körfəz Əməkdaşlıq Şurası da daxil olmaqla çoxsaylı subregional strukturlar mövcuddur. Lakin elə bir forum yoxdur ki, orada təbii olaraq bir-birinə qonşu olan qitənin bütün dövlətləri təmsil olunsun. Ona görə də biz Rusiya prezidentinin dediyi konsepsiyanı irəli sürəcəyik. Artıq bu işə başlamışıq. Biz qonşularımızla yeni sazişlər bağlayır və onların assosiasiyaları ilə əlaqələri inkişaf etdiririk”, – Lavrov vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az