Putin Zelenski ilə telefonla danışdı – Nəyi müzakirə etdilər?backend

Putin Zelenski ilə telefonla danışdı – Nəyi müzakirə etdilər?

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski telefon danışıqları aparıblar və bu danışıqlar zamanı “Normand dördlüyü”nün liderlərinin növbəti görüşünə hazırlıq məsələsini müzakirə ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna liderinin ofisi bildirib.

Zelenski administrasiyasında dövlət başçılarının Minskdə Donbass üzrə üçtərəfli əlaqə qrupu səviyyəsində işi gücləndirməyin zəruriliyi barədə danışdıqlarını bildiriblər.

Bundan başqa, tərəflər 9 dekabr 2019-cu il tarixində Parisdə Normand sammiti zamanı əldə edilən razılaşmalara da toxunublar.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*