Putin Zelenskinin sözünü yerə salmadıbackend

Putin Zelenskinin sözünü yerə salmadı

Hələ ötən ilin noyabrında Kerç boğazında Rusiyanın əsir götürdüyü 22 ukraynalı dənizçinin taleyinə yaxın vaxtda aydınlıq gətiriləcəyi gözlənilir.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, prezidentlər Vladimir Putinlə Vladimir Zelenski arasında əsirlərin dəyişdirilməsilə bağlı danışıqların detalları açıqlanıb. Və Zelenskinin ukraynalı dənizçilərin geri qaytarılması istəyinə Putinin müsbət cavab verdiyi məlum olub.

Xəbər verilir ki, tərəflər artıq dəyişdiriləcək şəxslərin siyahısını hazırlamaqla məşğuldurlar. Ukrayna tərəfinin siyahısına 22 hərbi dənizçi ilə bərabər xüsusi xidmət orqanlarının Rusiyada həbsdə olan 2 əməkdaşı da daxildir.

Rusiya tərəfinin isə azad olunmasında israr etdiyi əsas şəxs “RİA- Novosti Ukrayna”-nin baş redaktoru Kiril Vışinski sayılır. Həm Rusiya, həm də Ukrayna vətəndaşlığı daşıyan Vışinski Ukrayna dövlətinə xəyanətdə ittiham olunur. Ötən ilin mayında Xersonda həbs edilən Vışinski Rusiyanın Ukraynaya qarşı apardığı informasiya müharibəsinin ən fəal iştirakçılarından biri sayılırdı.

Ukraynalı diplomatlar mətbuatda tərəflər arasında prinsipial razılaşmanın əldə olunmasına dair yazılanları təsdiqləyiblər. Qeyd olunur ki, razılıq Putinlə Zelenski arasında hələ iyulun əvvəlində baş tutmuş telefon danışığı zamanı əldə olunub. Prosesin avqustun sonunadək yekunlaşması gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*