Rusiya Prezidenti Vladimir Putin son çıxışında dövlətin, biznesin və vətəndaş cəmiyyətinin birlikdə hərəkət etməsinin vacibliyini vurğulayıb.
KONKRET.az xəbər verir ki, o, bu əməkdaşlığın yalnız dövlət orqanlarının deyil, həm də iş dünyası və əmək kollektivlərinin birgə məsuliyyəti olduğunu bildirib.
“Hər bir addımda çox praqmatik davranmalıyıq. Bu işi birlikdə görməliyik – biznes, administrasiya və əmək kollektivləri, necə ki, mən qeyd etmişdim,” – deyə Putin çıxışı zamanı qeyd edib.
Prezident həmçinin vətəndaşların səsinə qulaq asmağın vacibliyini vurğulayıb:
“Zəhmət olmasa, insanlara qulaq asın. Onları dinləyin. Bu, həmişə faydalıdır.”
Putinin bu çağırışı ölkədə qərarların daha geniş ictimai konsensusla qəbul edilməsinə və idarəetmədə sosial iştirakın artırılmasına yönəlmiş mesaj kimi qiymətləndirilir.
Natiq Səlim
KONKRET.az