Rusiya Prezidenti Vladimir Putin ölkənin tibbi avadanlıq və texnologiyalarının xarici bazarlara çıxışı ilə bağlı danışıb.
KONKRET.az xəbər verir ki, o qeyd edib ki, bu sahədə uğur qazanmaq üçün ardıcıl və məqsədyönlü fəaliyyət vacibdir.
“Üzərinə getmək, təzyiq göstərmək, işi dayandırmamaq lazımdır – əminəm ki, istədiyimiz nəticəyə nail olacağıq,” – deyə Rusiya lideri vurğulayıb.
Putin əlavə edib ki, Rusiya istehsalı olan tibbi cihaz və texnika rəqabətqabiliyyətlidir və onların dünya bazarına çıxarılması üçün bütün imkanlardan istifadə olunmalıdır.
Natiq Səlim,
KONKRET.az