Putindən koronavirus açıqlaması: “Rusiyada ölüm nisbəti aşağıdır”backend

Putindən koronavirus açıqlaması: “Rusiyada ölüm nisbəti aşağıdır”

Rusiya Prezidenti Vladimir Putin bu gün strateji inkişaf və milli layihələr mövzusunda keçirdiyi iclasda Rusiyada koronavirusdan ölüm halının bir çox ölkələrə nisbətən bir neçə dəfə aşağı olduğunu söyləyib.

KONKRET.az xəbər verir ki, prezidentin sözlərinə görə, hazırda Rusiyada gündə 300.000-dən çox koronavirus üçün müayinə aparılır və 11 iyul tarixinə 170.377 ixtisaslaşdırılmış çarpayı yerləşdirilib.

“Qeyd edirəm ki, işimizin səmərəliliyinin əsas göstəricilərindən biri ölümlə bağlı vəziyyətin yaxşı olmasıdır. Rusiyada 100 min nəfərə düşən koronavirus infeksiyasından ölüm nisbəti bir çox ölkələrlə müqayisədə, hətta inkişaf edən və səhiyyə sistemi yaxşı olan Avropa ölkələrindən də aşağıdır” deyib.

Putin qeyd edib ki, ölkədə aşkarlanan xəstəlik hallarının gündəlik faizi sabit qalır, bərpa olunanların sayı isə artır.

“Bununla əlaqədar olaraq, Rusiya subyektlərinin əksəriyyəti vətəndaşların özünü təcridetmə rejimlərini və digər anti-epidemioloji məhdudiyyətləri yumşaltmağa başlayıb” deyib.

Ən son məlumatlara görə, Rusiyada koronavirusdan 11.439 ölüm qeydə alınıb. Son 24 saatda 104 nəfər həyatı itirib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*