“Putin Ukraynana mülki obyektlərdən hərbi məqsədlər üçün istifadə edib”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin Sumı vilayətindəki konqres mərkəzinə hücuma münasibət bildirərkən deyib.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində cinayət törədən hərbçiləri həmin mərkəzdə cəmləşib. Bu səbəbdən də konqres mərkəzinə hücum gerçəkləşib.
“Hücum nəticəsində ukraynalı cinayətkarlar qanuni cəzalarını alıblar”, – deyə Putin vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az