Putinə ağır zərbə – hakerlər konstitusiya dəyişiklikləri ilə bağlı səsvermə sisteminə hücum etdibackend

Putinə ağır zərbə - hakerlər konstitusiya dəyişiklikləri ilə bağlı səsvermə sisteminə hücum etdi

Konstitusiya dəyişiklikləri üçün yaradılan elektron səsvermə sistemi 27 iyun şənbə günü bir haker tərəfindən hücuma məruz qalıb, lakin cəhd uğursuz olub, sistem öz işini davam etdirib.

KONKRET.az xəbər verir ki, bu barədə TASS agentliyinə ərazi idarəetməsinin təkmilləşdirilməsi və paytaxt hökumətinin smart layihələrinin inkişafı şöbəsinin müdiri Artem Kostırko bildirib.

“Moskva vaxtı ilə saat 21: 12-də, müşahidəçinin nodu vasitəsilə blokçeynə hücum edildi. Hazırda gücləndirilmiş təhlükəsizlik rejimi qoyulub. Səsvermədə heç bir fasilə olmayıb, bütün səslər zəmanətli çatdırılma xidmətindədir, yəni blokçeyndə qeyd ediləcək. İnformasiya təhlükəsizliyi mütəxəssisləri lazımi işləri gördükdən sonra müşahidəçinin qovşağına giriş bərpa ediləcək” deyib.

Onlayn səsvermə cümə axşamı Moskva vaxtı ilə saat 10: 00-da başlayıb. Səsvermədə Moskva və Nijni Novqorod vilayətinin sakinləri iştirak edir. İyunun 27-də Moskva vaxtı ilə 20: 14-ə olan məlumata görə, fəallıq 75% təşkil edib. 879 654 bülleten qəbul edilib. Elektron səsvermə iyunun 30-da başa çatacaq.

Ümumilikdə, onlayn səsvermədə iştirak etmək üçün moskvalılardan təxminən 1 milyon ərizə və Nijni Novqoroddan təxminən 140 min müraciət təqdim edilib.

İyunun 25-də elektron səsvermənin keçirildiyi sayt çox yükləndiyindən çalışmayıb. 26 iyun cümə günü MSK bu sayta DDoS hücumu elan edib.

Bundan əvvəl səsvermə hüququ olan seçki komissiyalarının üzvləri Konstitusiyaya dəyişikliklərlə bağlı səsvermənin təşkilində iştirak etməmək barədə müraciət yazmışdılar.

Babək Göyüş                                     

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*