Putinə baş nazir vəzifəsinə 4 namizəd verilib, amma o, 5-cini seçibbackend

Putinə baş nazir vəzifəsinə 4 namizəd verilib, amma o, 5-cini seçib

Rusiya prezidenti Vladimir Putin Mixail Mişustinin əvvəlcə ona baş nazir vəzifəsinə namizəd kimi təklif olunmadığını söyləyib.

KONKRET.az xəbər verir ki, “Mənə dörd namizəd vermişdilər, lakin Mişustin onların arasında deyildi” deyən dövlət başçısı, “Vladimir Putinə 20 sual” layihəsi çərçivəsində TASS-a verdiyi müsahibəsində etiraf edib.

“Mişustinin adını heç kim çəkməyib. Məndən başqa” deyə prezident vurğulayıb.

Putin qeyd edib ki, Rusiya hökumətinin sədri vəzifəsinə namizəd kimi Mişustinin adını vermək onun qərarı olub.

Onun sözlərinə görə, kabinetin gələcək rəhbəri seçilərkən “Mixail Vladimiroviçin [Mişustin] şəxsi və işgüzar keyfiyyətləri” əsas götürülüb.

Prezident Mişustinin Federal Vergi Xidmətinin rəhbəri vəzifəsindəki işlərinin nəticələrini nəzərə aldığını qeyd edib.

“Nə edilməli olduğunu başa düşən, bunu necə etməyi bilən və konkret nəticəyə nail olan peşəkardır” deyə Putin izah edib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*