Putinə maddi durumundan şikayətlənən təqaüdçüyə iş tapıldıbackend

Putinə maddi durumundan şikayətlənən təqaüdçüyə iş tapıldı

Sankt-Peterburq hakimiyyəti Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı maddi durumundan və səhhətindəki problemlərdən şikayətlənən yerli sakin Zinaida Belikova üçün iş tapıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA Novosti şəhərin Primorsk rayon administrasiyasının mətbuat xidmətinə istinadən yayıb.

Qadına bir tibb müəssisəsində iş təklif edilib və o, razılaşıb. İndi təqaüdçü sürücüsü olan maşınla ünvanlara sənəd çatdıracaq.

“Qadın oğlunun iş axtardığını da söyləyib. Oğluna da iş təklifini nəzərdən keçirmək təklif edilib”. Bunu agentliyə bildiriblər.

Bundan əlavə, rayon rəhbərliyi Belikovanın mənzilində kosmetik təmir işləri aparacağına söz verib.

“Sankt-Peterburq” telekanalının məlumatına görə, yerli hakimiyyət qadına sanatoriyada dincəlmək üçün bilet verməyə hazırdır.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*