“Hazırda Kursk vilayətində vəziyyət mürəkkəbdir, 28 yaşayış məntəqəsi düşmən nəzarətindədir”.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə vilayət qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov Rusiya prezidenti Vladimir Putinə raport verərkən danışıb.
Onun sözlərinə görə, hakimiyyət orqanlarının 28 yaşayış məntəqəsində olan 2 minə yaxın insanın taleyindən xəbəri yoxdur.
Smirnov qeyd edib ki, Kursk vilayətində 12 dinc sakin həlak olub, 10-u uşaq olmaqla 121 nəfər yaralanıb.
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov avqustun 7-də bildirmişdi ki, avqustun 6-da saat 5.30-da Ukrayna Silahlı Qüvvələrinin min nəfərə qədər bölmələri Kursk bölgəsindəki əraziləri ələ keçirmək üçün hücuma keçib.
O vurğulayıb ki, Kursk vilayətində əməliyyat düşmənin darmadağın edilməsi ilə başa çatacaq.
Rəsmiyyə Şərifova,
KONKRET.az