“Ərdoğan Putini “böyük dost” adlandırıb və onu yenidən Türkiyəyə səfərə dəvət edib”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko deyib.
Matvienkonun sözlərinə görə, o, Türkiyə prezidentinə Vladimir Putinin mesajını çatdırıb.
“Ərdoğan məndən Putinə salamını çatdırmağımı və onu yenidən Türkiyədə görmək istədiyini bildirməyimi xahiş etdi. O, Vladimir Putini “böyük dostu” adlandırdı. Hamımız bilirik ki, onların həqiqətən çox yaxşı şəxsi münasibətləri var”, – Matvienko bildirib.
O, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlığın genişləndiyini qeyd edib.
“Bu, artıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb”, – Matvienko vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az