Əbu-Dabiyə enənə qədər bütün uçuş boyu Rusiya prezidenti Vladimir Putinin təyyarəsini Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-35S qırıcıları müşayiət edib.
KONKRET.az RİA Novostiyə istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib: “Adıçəkilən döyüş təyyarələri müxtəlif dərəcəli silahlarla təhciz edilmişdi. Su-35S-lər Rusiyadakı əməliyyat aerodromundan güclü yağış və küləyə baxmayaraq, havaya qalxıblar. Qırıcıları birinci dərəcəli pilotlar idarə ediblər. Prezidentin təyyarəsinə müəyyən dövlətlərdən xüsusi uçuş icazəsi alınıb. Biz bu dövlətlərə əməkdaşlığa görə minnətdarıq”.
Vəli Həsənov,
KONKRET.az