“Putini həbs etmək müharibə deməkdir” – Rusiyadan XƏBƏRDARLIQbackend

"Putini həbs etmək müharibə deməkdir" - Rusiyadan XƏBƏRDARLIQ

“Almaniyanın ədliyyə naziri bildirib ki, əgər Putin Almaniyaya gəlsə, biz onu həbs edəcəyik. O, guya hüquqşünasdır”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O bildirib ki, bu qərarın icra olunması Rusiyaya qarşı müharibə elan etmək demək olacaq:

“Təsəvvür edək ki, bu, reallaşıb. Nüvə nəhənginin dövlət başçısı Almaniya ərazisinə gəlib və həbs olunub. Bu nə deməkdir? Bu, Rusiya Federasiyasına qarşı müharibə elan etmək deməkdir. Belə olsa, bizim bütün vasitələrimiz, raketlərimiz Bundestaqa, kanslerin ofisinə gedəcək”.

Qeyd edək ki, bir neçə gün əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.

  • Vuqar
    Mart 24, 2023 - 09:47

    Demək ki, sən günün günorta çağı başqa bir ölkəyə hücum edib onun şəhərlərini,kəndlərini işğal edib viran qoya bilərsən,insanları qətlə yetirib qadınları,qızları zorlaya bilərsən,bu olar ,amma bu cinayəti törətmək üçün əmr vermiş ..qaniçən,cəlladı..həbs etmək olmaz? Rus düşüncə tərzi artıq hamını bezdirib onların sarsaq imperiyalarının bölünmə vaxtı,süqutu qaçılmazdı artıq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*