Putini tənqid edən rusiyalı deputat Hindistanda ölü tapıldı – FOTObackend

Putini tənqid edən rusiyalı deputat Hindistanda ölü tapıldı - FOTO

Rusiyalı deputat Pavel Antov Hindistanda məzuniyyətdə olarkən dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə “NDTV” telekanalı yerli polisə istinadən məlumat yayıb.

Polisdən bildirilib ki, 65 yaşlı Pavel Antovun meyiti şənbə günü otelin qarşısında tapılıb. O, otelin üçüncü mərtəbəsindən yıxılıb.

Məlumata görə, Pavel Antov və daha üç nəfər turistlər qrupunun tərkibində dekabrın 21-də Hindistanın Orişa əyalətinin Rayaqada rayonundakı otelə gəliblər. Dekabrın 22-də deputatın dostu Vladimir Bidenov öz otağında ölü tapılıb. Hindistan polisi Antovun dostunu itirməsi ilə barışa bilmədiyi üçün intihar etdiyini bildirib.

Qeyd edək ki, Pavel Antov bu yaxınlarda Rusiyanın Ukraynaya hücumlarını tənqid edib və sonradan bu bəyanatından geri çəkilib. O, Rusiyanın ən zəngin deputatlarından biridir. 2018-ci ildə “Forbes” onun qazancını 10 milyard rubl qiymətləndirib. 2000-ci illərdə ət və kolbasa məhsulları istehsalı üzrə “Vladimir Standard” şirkətlər qrupunu təsis edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*