Putinin Donbasla bağlı müsahibəsində KREMLİN NİYYƏTİ – VİDEObackend

Putinin Donbasla bağlı müsahibəsində KREMLİN NİYYƏTİ - VİDEO

“Bu torpaqlarla bağlı olan maddi mədəniyyət, tarixi hadisələri əks etdirən abidələrin bərpası vacibdir”.

KONKRET.az xəbər verir ki, müsahibəsinə belə başlayan Rusiya lideri insanların əsl tarixdən xəbərdar olmasının əhəmiyyətini dilə gətirib.

“Donbas camaatı 30 il ərzində milli cəfəngiyyat məngənəsində boğulub. Cavanlar bu torpaqların keçmişini bilsinlər deyə əcdadlarının tarixini öyrənməlidirlər”.

Putin demək istəyir ki, bu torpaqlar Kiyev knyazlığına aid olub və donbaslıların əcdadları ruslardır. Lakin adıçəkilən knyazlığın ilk hökmdarlarının adlarına – Askold, Dir baxanda burdan heç də rus iyi gəlmir. Oleq Veşiy, Yaroslav Mudrı knyazlarınının isə rus olduğu şübhə doğurmur. İqorun ölümündən sonra 954-də hakimiyyətə Olqa gəlir. II Yekaterina da 1762-ci ildə əri III Pyotru öldürüb hakimiyyətə gəlmişdi. Bəli, artıq burada rus tərzi görünür. Sadəcə Kiyev knyazlığı SSRİ kimi olub, hökmdarlıq yalnız rusların əlində cəmləşməyib. Çox vaxt ukraynalı knyazlar olub. Krım isə tatarların (türklərin) torpağı idi. Ruslar 1263-cü ildə yaranan Moskva knyazlığında daha çox at oynadıblar. Kiyev iddiasına qalsa, dövlətin türk mənşəli olduğu iddiası da var – Kinin Evi. Rusların özününküləşdirmək istədiyi Kiyev knyazıığı (882-1240) və ərazisinin ukraynalılara aid olduğu (1299-dan sonra) Osmanlı sultanlarının hərəmxanasından da bəllidir.

Çünki türk şahlar Qara dənizin Ukrayna sahillərinə yürüş edərkən oradan qadın əsirlər gətirir, ən gözəlini özlərinə zövcə edirdilər. Sultan Süleymanın məşhur həyat yoldaşı Hürrəm sultan da o torpaqlardan olub və rus yox, ukraynalı idi.

Kreml XIX əsrin 20-ci illərindən başlayaraq saxta tarix sırımaları ilə gələcək işğallarına bünövrə qazır.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*