Putinin dostunun, Azərbaycanın düşməninin məhkəməsi gedir – Əmlakı həbsdən qismən azad edildibackend

Putinin dostunun, Azərbaycanın düşməninin məhkəməsi gedir - Əmlakı həbsdən qismən azad edildi

İrəvan Ümumi Məhkəməsi çərşənbə axşamı keçirilən iclasda keçmiş Ermənistan prezidenti, Putinin dostu, Azərbaycanın düşməni, torpaqlarımızın işğal edilməsində “xüsusi rol oynayan”  Robert Köçəryanın əmlakını həbsdən qismən azad edib.

KONKRET.az xəbər verir ki, “Sputnik Ermənistan”a bu barədə ikinci prezidentin vəkil qrupunun mətbuat katibi Elina Saakova məlumat verib.

Digər təfərrüatlar hələ məlum deyil.

Əvvəllər Köçəryanın vəkilləri həbsdən tamamilə ləğv edilməsi barədə vəsatət vermiş, məhkəmədən bu məhkəmənin qapalı keçirilməsini istəmişdi. Anna Danibekyanın sədrlik etdiyi məhkəmə məsələnin qapalı müzakirəsinə razı olub.

Jurnalistlərlə söhbətində vəkil Aram Vardevanyan fərdi məlumatların məxfiliyini əks etdirən məlumatlar açıqlandığı üçün iclasın qapalı keçirildiyini izah edib.

Hazırda iclas açıq rejimdə davam edir və burada vəkillərin daha bir vəsatəti müzakirə olunur: Köçəryanın müdafiəsini konstitusiya quruluşunun devrilməsinə dair cinayət işinin materialları ilə tam təmin etmək.

Xatırladaq ki, Ermənistanın ikinci prezidenti 2008-ci il martın 1-də etiraz aksiyalarının dağıdılmasına dair cinayət işi çərçivəsində konstitusiya quruluşunu devirməkdə günahlandırılır. Eks-prezident 2018-ci ildə iki dəfə həbs olunub. Və 25 iyun 2019-cu ildə üçüncü dəfə həbs olunub. 19 iyun 2020-ci ildə Apellyasiya Məhkəməsi onun 4 milyon dollarlıq girov müqabilində sərbəst buraxılmasına qərar verib.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturov, Müdafiə Nazirliyinin keçmiş rəhbəri Seyran Ohanyan və prezident administrasiyasının keçmiş rəhbəri, keçmiş baş nazirin müavini Armen Gevorqyan da 2008-ci il seçkilərindən sonrakı hadisələrlə bağlı “1 Mart işi”ndə iştirak edirlər.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*