Putinin iştirakı ilə keçiriləcək konsertə gələnə 500 rubl vəd edilirbackend

Putinin iştirakı ilə keçiriləcək konsertə gələnə 500 rubl vəd edilir

Moskvada Rusiyanın qondarma “DXR” və “LXR”in müstəqilliyinin tanınmasının ildönümünə təsadüf edən konsert-mitinqə gəlmək istəyənlərin hər birinə 500 rubl (təxminən 12 AZN) ödəniləcəyi vəd edilir.

KONKRET.az xəbər verir ki, bu barədə “Mojem obyasnit” portalı məlumat yayıb.

Bundan əlavə, Moskva Politexnik Universitetinin bəzi tələbələrinə konsertə pulsuz gəlməyi və dostlarını gətirmələrini xahiş edən mesajlar gəlib. Arzu edənlərdən Federal Mühafizə Xidməti tərəfindən yoxlanılmaq üçün pasportlarının fotoşəkillərini göndərmələri tələb olunur.

Qeyd edək ki, söhbət fevralın 22-də Lujnikidə keçiriləcəyi elan edilən konsertdən gedir. Həmin tədbirdə RF prezidenti Vladimri Putinin də iştirak edəcəyi gözlənilir. Konsertin planlaşdırılan auditoriyası 200 min nəfərdir.

Putin sonuncu dəfə martın 18-də, Ukraynaya qarşı müharibənin başlamasından üç həftə sonra Lujnikidə çıxış edib. Tamaşa Krımın işğalının səkkizinci ildönümünə həsr olunub.

“Mojem obyasnit” ötənilki konsertə gələnlərə daha çox, 1500  rubl ödənildiyini xatırladıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*