Putinin Lukaşenko ilə görüşəcəyi yer və tarix açıqlandıbackend

Putinin Lukaşenko ilə görüşəcəyi yer və tarix açıqlandı

Sentyabrın 14-də Rusiya prezidenti Vladimir Putin Soçiyə gedəcək və orada Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşəcək.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Kremlin mətbuat xidməti yayıb.

“Danışıqlar zamanı Rusiya-Belarus strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsinin əsas məsələlərini müzakirə etmək nəzərdə tutulur. Ticarət, iqtisadi, enerji, mədəni və humanitar sahələrdə böyük müştərək layihələrin həyata keçirilməsinə, habelə Birlik dövlətinin daxilində inteqrasiya proseslərinin təşviqi perspektivlərinə xüsusi diqqət yetirilməsi planlaşdırılır”. Mesajda deyilir.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*