“Putinin qalib gəlməsinə imkan verməməliyik” – Makron Fransanın nüvə silahını xatırlatdıbackend

“Putinin qalib gəlməsinə imkan verməməliyik” – Makron Fransanın nüvə silahını xatırlatdı

“Rusiya Ukraynaya qalib gəlsə, Avropanın etibarı sıfıra enəcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron deyib.

“France 2” və “TF1” televiziyalarının ortaq yayımına qatılan Makron müharibənin hazırda Avropa ərazisində olduğunu bildirib.

“Strasburqla Lvov arasında 1500 kilometrdən az məsafə var. Rusiya müharibəni qazansa, Avropanın etibarı sıfıra enəcək. Moskva müharibədə qalib gəlsə, yaşadığımız qitə təhlükəsiz olmayacaq. Ona görə də Avropa müharibəyə hazır olmalıdır. Bizim tək bir məqsədimiz var – Rusiya müharibəni qazanmamalıdır “.

Ukraynaya hərbi qüvvələrin göndərilməsini Makron belə dəyərləndirib: “Bu variant mümkündür, buna görə yeganə cavabdeh Moskva rejimi olacaq”.

Makron vurğulayıb ki, onlar Ukraynanı dəstəkləmək imkanlarını arxa plana ata bilməzlər.

Makron əlavə edib ki, Rusiya bu müharibədə qalib gələrsə, fransızların həyatı büsbütün dəyişəcək: “Amma bilməliyik ki, Fransanın nüvə silahları fransızların təhlükəsizliyinə zəmanət verir”.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*