Putinin qızlarının yeniyetmə fotoları internetdə müzakirə olunurbackend

Putinin qızlarının yeniyetmə fotoları internetdə müzakirə olunur

Sosial şəbəkə keçmiş rusiyalı iş adamı və “Mejprombank”ın sahibi Sergey Puqaçevin paylaşdığı arxiv görüntülərini müzakirə edir.

KONKRET.az xəbər verir ki, indi o, Fransada gizlənir və Rusiyanı 14,5 milyard dollar müqabilində məhkəməyə verməyə çalışır, amma Parisdəki arbitraj məhkəməsi onun tələblərini rədd edib.

Xatırladaq ki, mübahisələr 2015-ci ildə Moskva arbitrajı keçmiş senator Puqaçev və “Mejprombank”ın üç digər rəhbər menecerini bankın iflasında təqsirli bildikdən bəri davam edir. Bundan sonra Pugaçevə 75.6 milyard rubl ödəmək əmri verildi. Lakin bu gün istifadəçilər davanın sonrakı təfərrüatları ilə deyil, keçmiş bankirin saytındakı fotoşəkillərlə maraqlanıblar. Çəkiliş 2000-ci illərin əvvəllərinə təsadüf edir və Kremldə, Puqaçevin şəhərətrafı evində həyata keçirilib.

Puqaçevin oğulları və Putinin qızları Kremldə

Görüntülərdə Puqaçevin oğulları – Aleksandr və Viktor, habelə Putinin qızları – Katerina və Mariya

Aleksandr və Viktor Puqaçeva Katerina və Mariya ilə

Aydınlaşdıraq ki, bu gün Rusiya prezidenti qızları haqqında ictimaiyyətə danışmamağı üstün tutur, mətbuatda onlar digər Tixonova və Vorontsova soyadalrı ilə üzə çıxırlar. Müvafiq olaraq onları “Putinin iddia edilən qızları” adlandırırlar.

Katerina Tixonova

Mariya Vorontsova

Digər şəkillərdə, böyüklər görsənir. Masada Putinin dostu Tixon Şevkunov,  “Rosneft”in hazırkı rəhbəri, o vaxtlar Prezident Administrasiyası rəhbərinin müavini İqor Seçin, FTX-nin sabiq direktoru Nikolay Patruşev, Rusiyanın keçmiş baş prokuroru Vladimir Ustinov.

Tixon Şevkunov, İqor Seçin, Nikolay Patruşev, Sergey Puqaçev həyat yoldaşı ilə, Vladimir Ustinov və digər qonaqlar

“Dojd” telekanalının jurnalı İlya Shepelin Facebookdakı qalereyaya diqqət çəkərək qeyd edib ki, bu fotolara maraq məhz dövlət başçısının qızlarına görədir.

Putin hələ varislərini qəbul etmir, onlar dövlət korporasiyalarının çox milyardlıq sərmayələri üzərində mövcud layihələrlə məşğul olurlar.

Sergey Puqaçev və Vladimir Putin

Xatırladaq ki, biabırçılıqdan əvvəl Pugaçev Vladimir Putinin yaxın əhatəsində olub. Boris Yeltsinin hakimiyyəti dövründə siyasi elitaya yaxınlaşıb. 1996-cı ildə Puqaçev onun təşviqat qərargahının rəhbərlərindən biri idi və bu işə ABŞ-lı siyasi strateqləri və PR mütəxəssislərini cəlb edib.

2000-ci ilin noyabrından 2003-cü ilin yanvarınadək Puqaçev Rusiya Sənayeçi və Sahibkarlar Birliyinin vitse-prezidenti olub. O, Vladimir Putin ilə böyük biznes nümayəndələrinin görüşlərini təşkil edib.

Puqaçevin oğlanları və Putinin qızları “Strelki” qrupu ilə

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*