Putinin Zelenski ilə “görüş şərti”: Onu məhv et!backend

Putinin Zelenski ilə “görüş şərti”: Onu məhv et!

Əgər Zelenski keçmiş prezident Pyort Poroşenkonun siyasi karyerasını məhv etsə, o zaman Putin onunla görüşə razılaşacaq.

KONKRET.az xəbər verir ki, bu sözləri Ukraynanın ABŞ-dakı sabiq səfiri Valeri Çalıy deyib.

“Bu tələb Putinin Zelenski ilə danışıqlara razılaşması üçündür. Poroşenko Putinin bir nömrəli düşmənidir”, – o bildirib.

O, bu nəzəriyyəsini təsdiq üçün heç bir fakt təqdim etməyib: “Bu ehtimalın mənbəyi iş təcrübəsi və Rusiya tərəfi ilə çoxsaylı danışıqlarda iştirakımdır”.

Qeyd edək ki, Ukrayna Prokurorluğu Poroşenkoya qarşı vətənə xəyanət iddiası ilə məhkəməyə müraciət edəcəyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*