Putinin Zelenski ilə görüşməyə cəsarəti çatacaq? – Merzbackend

Putinin Zelenski ilə görüşməyə cəsarəti çatacaq? - Merz

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcəyinə şübhə edirəm.

KONKRET.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.

“Ümumiyyətlə belə bir görüşün baş tutacağına şübhə edirəm. Rusiya prezidentinin belə bir sammitdə iştirak etməyə cəsarət edib-etməyəcəyini bilmirik. Ona görə də onu inandırmaq lazımdır”, – Merz bildirib.

Qeyd edək ki, Almaniya kansleri Fridrix Merz də Ukrayna prezidenti ilə Kreml rəhbəri arasında görüşün yaxın iki həftə ərzində baş tuta biləcəyini demişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*