Putinlə Cinpinin 6 saatlıq görüşü başa çatdı – YENİLƏNİBbackend

Putinlə Cinpinin 6 saatlıq görüşü başa çatdı - YENİLƏNİB

Kremldə Putinlə Cinpin arasında keçirilən görüş başa çatıb.

KONKRET.az xəbər verir ki, danışıqlar təqribən 6 saat davam edib. Bu müddət ərzində tərəflər həm məhdud, həm də geniş tərkibdə heyətlərlə görüşlər keçiriblər.

17:44

Moskvada səfərdə olan Çin sədri Si Cinpin Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar üçün Kremlə gəlib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, Cinpinin rəsmi qarşılanma mərasimindən sonra liderlər arasında görüş başlayıb.

Danışıqlar bağlı qapılar arxasında aparılır.

Xatırladaq ki, martın 20-si Kremldə Cinpin və Putin arasında qeyri-rəsmi görüş keçirilib. Sözügedən görüş 5 saata yaxın davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*