Putinlə görüşdən əvvəl Uitkoffa yeməkdə nə təqdim olunub? – Menyubackend

Putinlə görüşdən əvvəl Uitkoffa yeməkdə nə təqdim olunub? - Menyu

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvaya səfəri zamanı klassik rus mətbəxinin təamları ilə qonaq edilib.

KONKRET.az qafqazinfo.az-a xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.

Məlumata görə, Uitkoffa qırmızı kürü, ağbalıq (Beluqa) və durnabalığının kürüsü, 1961-ci il resepti ilə hazırlanan “Paytaxt” salatı, qarabaşaqla doldurulmuş kəklik əti, xüsusi reseptlə hazırlanmış maral əti və müxtəlif soyuq qəlyanaltılar təqdim olunub. Bildirilib ki, ABŞ nümayəndəsi əlavə olaraq özü üçün xüsusi yemək – pendirli buğda çörəyi sifariş edib.

Xatırladaq ki, Stiv Uitkoff və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner dekabrın 2-də Rusiya Prezidenti ilə danışıqlar üçün Moskvaya gəlib. Hazırla Kremldə onların Rusiya lideri Vladimir Putinlə görüşü davam edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*