Qabarma-çəkilmə enerjisi: necə alınır və potensialı nədirbackend

Qabarma-çəkilmə enerjisi: necə alınır və potensialı nədir?

Qabarma-çəkilmə enerjisi texnologiyalarının üç növünw qeyd edə bilərik:

Birinci növ

Bu növ qabarma və çəkilmə arasındakı hündürlük fərqindən enerji çıxarmaq üçün hər hansı hasardan – bənd və ya başqa bir maneədən istifadə edir. Güc bu hasarın içərisində olan qabarma-çəkilmə turbinləri vasitəsilə əldə olunur. Bu növ çox səmərəlidir və ona görə də geniş istifadə olunur.

İkinci növ

Qabarma-çəkilmə nəticəsində hərəkət edən suyun üfüqi hərəkəti nəticəsində istehsal olunan enerjini toplayan turbinlərdən istifadə olunur. Bu cür texnologiyalar daha çox okean sahillərində yayılıb. Okean sahilində suyun hərəkəti yavaş olsa da, uzunmüddətli və davamlı olur.

Üçüncü növ

Bu dəfə enerjini toplamaq üçün hibrid texnologiyalardan istifadə olunur. Amma bu cür texnologiyalar üçün onların dizaynı və yerləşdirilməsi üçün yeni sahil infrastrukturunun planlaşdırılması vacibdir.

Bərpa olunan enerji mənbələri arasında qabarma-çəkilmə enerjisinin faydaları və potensialı nədir?

Bu enerjinin üstünlüyü odur ki, qabarma-çəkilmə nisbətən proqnozlaşdırılan müntəzəm dövrlərdir və günəş, külək gücü kimi hava şəraitinə təsirsiz ötüşmür. Bununla birlikdə turbinin səmərəliliyi digər enerji mənbələrində olduğundan 25% azdır. Ona görə də digər enerji mənbələri ilə müqayisədə infrastrukturun yüksək qiymətinə səbəb olur.

Qabarma-çəkilmə ehtiyatları bütün dünyada geniş yayılıb və sahil yaxınlığındakı ərazilərdə bu mənbələrin həcmi 1 TeraVatt (TV) səviyyəsində qiymətləndirilir ki, bu da dünyanın bütün su elektrik stansiyalarının quraşdırılmış gücünə bərabərdir. Qabarma-çəkilmə stansiyası layihələri üçün geniş planlar var və 2020-ci ildə bütün qabarma-çəkilmə elektrik stansiyalarının gücünün 200 MVt-a çatacağı proqnozlaşdırılır.

Bu qabarma-çəkilmə texnologiyaları iqtisadi cəhətdən rəqabətədavamlıdırmı?

Bu cür elektrik stansiyalarının sayı artdıqca proqnozlaşdırılan dəyəri azalacaq. Bəzi Avropa tədqiqatlarına görə, 2020-ci ildə qabarma-çəkilmə elektrik stansiyalarında enerji istehsalının dəyəri 0,17-0,23 avro/kVt*saat olacaq, baxmayaraq ki, hazırkı nümayiş layihələri 0,25-0,47 avro/ kVt*saat aralığında xərc təklif edir. Bu xərclər çox sahəyə xasdır və təkmilləşdirilmiş infrastrukturla xərclər 40%-ə qədər azala bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*