Qabonda qiymətlər: Azərbaycanla özünüz müqayisə edin – SİYAHIbackend

Qabonda qiymətlər: Azərbaycanla özünüz müqayisə edin - SİYAHI

Namibiya (10) və Ekvatorial Qvineyadakı (9) qiymətlər barədə məlumat vermişdik. İndi isə növbə Afrikanın 10 ən varlı ölkəsindən 8-ci olan Qabondakı tariflərindir.

KONKRET.az xəbər verir ki, Qabondakı orta restoranlarda 1 nəfər üçün qidalanmaq 18 manata başa gəlirsə, iki nəfərlik xörəklərin hesabı 100 AZN-i keçir. Əlbəttə ki, söhbət turistlərin üz tutduğu yaxşı məkanlardan gedir. Yoxsa McDonaldsa yollanıb 15 manata qarın doydurmaq mümkündür. Kapuçino 6, Coca-Cola 1.80 AZN-dir.

Ümumiyyətlə, qiymət müqayisələri apardığım zaman bir məqam diqqətimi çəkib. Qərb mədəniyyətinə gec, yəni yenicə qədəm qoymağa başlayan ölkələrdə BigMac 10-20 AZN, kapiçino və digər qəhvə növləri 5-15 manat civarında satılır. Azərbaycan da 70 illik SSRİ əsarəti, müstəqillikdən sonra Qərbə sürətsiz inteqrasiya səbəbilə bu durumu yaşamaqdadır. Restoranlar da bundan sui-istifadə edirlər və bilirlər ki, müasir dövrün azərbaycanlıları 5 manat çaya verməkdənsə, kapuçinoya 10 AZN ödəyib daha tərzli görünməyə çalışacaqlar.

Qabona qayıtsaq, Afrika ölkəsinin ərzaq qiymətlərində Namibiya və Ekvatorial Qvineya oxşarlığı var. Amma tam yox:

0.33 içməli su 1.60 AZN

1 litr süd 2.50 AZN

0.5 kq çörək 2 AZN

1 kq ağ düyü 7 AZN

12 ədəd yumurta 5 AZN

1 kq yerli pendir 20 AZN

1 kq toyuğun döş əti 19 AZN

1 kq sümüksüz mal əti 26 AZN

1 kq alma 9 AZN

1 kq banan 5 AZN

1 kq apelsin 8 AZN

1 kq pomidor 5 AZN

1 kq kartof 8 AZN

1 kq soğan 4 AZN

Bir qutu siqaret 3.50 AZN

İctimai nəqliyyat 70 qəpikdir.

Benzinin litri 1.65 AZN

Minumum əmək haqqı 430 AZN

Orta maaş 800 AZN

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*