Qadın doğum gününü qeyd etdi: əri, qardaşı və bacısı koronavirusdan öldü – FOTOLARbackend

Qadın doğum gününü qeyd etdi: əri, qardaşı və bacısı koronavirusdan öldü - FOTOLAR

Braziliya sakini bütün qohumlarını ad gününə dəvət edib. Şənlikdən sonra qonaqların demək olar ki, yarısı COVID-19-a yoluxub və hadisə qəhrəmanının əri də daxil olmaqla üç nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Mənbə bildirir ki, hadisə Braziliyanın Itaperica da Serra şəhərində qeydə alınıb.

Belə ki, 59 yaşlı şəhər sakini Vera Lucia Pereira doğum gününü qeyd etmək üçün 28 nəfəri evə dəvət edib.

Ailə şənliyi 10 qonağın koronavirus infeksiyası alması ilə başa çatıb, qadının əri də daxil olmaqla üç nəfər ölüb.

“Tərəddüd etdik, amma yenə də ad günü keçirmək qərarına gəldik. Axı, ölkədə infeksiya halları çox az idi” deyib Pereira.

Ziyafətdən bir neçə gün sonra qonaqların yarısı nasazlıqdan şikayət etməyə başlayıb. İnsanlarda nəfəs darlığı, öskürək, temperatur olub.

Onların əksəriyyətində xəstəlik yüngül keçib, ancaq qadının 62 yaşlı əri Paulo, qardaşı Clovis və bacısı Mariya ölüb.

Qadının özü və oğlunda da xəstəliyin əlamətləri olsa da hər ikisi sağalıb.

Koronavirusu kimin yoluxdurduğu bilinmir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*