Qadın ölən ərinin cəsədini doğrayıb evdə gizlətdibackend

Qadın ölən ərinin cəsədini doğrayıb evdə gizlətdi

Narkotikanın həddindən artıq dozasından öldüyü iddia edilən 31 yaşlı ukraynalı reperin parçalanmış cəsədi Sankt-Peterburqun mərkəzində Nevski prospektindəki mənzildə tapılıb.

KONKRET.az xəbər verir ki, musiqiçinin həyat yoldaşı cinayətdə şübhəli bilinir.

Məşhur rep sənətçisi Versus Battlın (əsl adı Aleksandr Yuşko) parçalanmış cəsədi Rusiyanın Sankt-Peterburq şəhərində tapılıb.

Hüquq mühafizəçilərinə cəsəd haqqında qadının vəkili məlumat verib. Dediyinə görə, repçi dörd gün əvvəl narkotikanın həddindən artıq dozasından vəfat edib. Və həyat yoldaşı cəsədi gizlətməyə qərar verib.

Qadın tutulub. Polisə izah edib ki, ərinin xatirəsinə xələl gətirməmək üçün bunu edib.

“Çərşənbə axşamı Nevski Prospektindəki 134 nömrəli mənzildə 1989-cu il təvəllüdlü Ukrayna vətəndaşının cəsədi tapılıb. Cəsəd parçalanaraq beş torbaya yığılıb. Ölən kişinin arvadı eyni mənzildə tutulub” deyib.

Telegram

 

Qalıqların dəhlizdə və soyuducuda olan torbalara yığıldığı qeyd edilir.

Hadisə yerində bıçaq, kəsici lövhə və plastik qab götürülüb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*