Qadın Polşadan gələn ərini koronavirusa görə evdən qovdu – bir gecə küçədə qaldıbackend

Qadın Polşadan gələn ərini koronavirusa görə evdən qovdu – bir gecə küçədə qaldı

Ukraynanın Ternopol şəhərində bir yerli sakin koronavirusa yoluxma qorxusundan xaricdən qayıdan ərini evə buraxmayıb.

KONKRET.az xəbər verir ki, bu barədə aprelin 6-da regional polisin mətbuat xidməti məlumat yayıb.

Ötən həftə sonu, regional mərkəzin sakini pul qazandıqdan sonra Polşadan gəlib və öz mənzilində təcrid olunmağı planlaşdırıb, amma arvadı onu evə buraxmayıb. O, bir gecə küçədə qalıb və ertəsi gün kömək üçün hüquq mühafizə orqanlarına müraciət edib.

“Polis əməkdaşları onu Ukraynaya qayıdarkən özlərini təcrid etmək üçün yerləri olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş tibb müəssisələrindən birinə göndərdilər”, – deyə mətbuat xidməti əlavə edib.

Kişinin 14 gün ərzində orada qalacağı deyilir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*