Qadınlar  kişilərdən nə istəyir? – Alman jurnalistləri yazırbackend

Qadınlar  kişilərdən nə istəyir? – Alman jurnalistləri yazır

Müasir insan həssas və seksual, diqqətli və ehtiraslı olmalıdır – amma birini digəri ilə necə bağlamaq olar? Bəzən bircə cümlə söyləmək kifayətdir.

KONKRET.az xəbər verir ki, bu, Almaniyanın “Die Welt” nəşrinin köşə yazarları, “Berlin Sevgi Məktəbi”nin qurucuları – Elke Naters və Sven Lagerin fikirləridir.

“Çətin ki, genderdən başqa hər hansı bir mövzu insanların seksual duyğularını oyada bilir. Üstəlik, bir çox nikah ittifaqlarında cansıxıcılıq və qarşılıqlı anlaşılmazlıq hökm sürür. İlk növbədə zərbə kişilərə dəyir. Bu gün onlar həqiqətən əsl “kişi necə olmadır?” sualına cavab verə bilmirlər. Və qadınlarla münasibətlərdə erotik hissləri necə geri qaytarmaq haqda fikirləşirlər.

Biz cütlüklərlə tez-tez görüşürük. Qadınlar çox zaman ərlərinin əsl kişi olmadığını söyləyirlər. Buna görə daim onlarda səhv tutur və heç vaxt xoşbəxt olmadıqlarını deyirlər. Kişinin daha çox diqqət ayırmağı da onu fikrindən daşındırmır. Bu isə güclü nəslin nümayəndəsini özünə qapadır və qeyri-müəyyənliyə düçar edir.

Əvvəllər bizdə də belə olub. Mən özümü qəfəsdə olan bir pələng kimi hiss edən, vəhşi mahiyyətindən və azadlığından məhrum olduğumu hiss edən zaman stulları sındırmaq, tavaların qapaqlarını tullamaq istəyirdim.

Elə bu yaxınlarda cinsi əlaqədə olduq, yataqda birlikdə pivə içdik və özümü Parisdə Jean-Paul Belmondo və Gene Seebergin “Son Nəfəsdə” filmindəki Jean-Luc Godardın kimi seksual və şən hiss etdim. Deyəsən, bu yaxınlarda mən qadınımı istəyən bir kişi idim. Sonra isə uşaqlar dünyaya gəldi.

Ailə olandan sonra bir çox başqa cütlər kimi gözlənilmədən nikahın və münasibətlərin böhranına düşdük. Heç kim bizi ailə həyatının yeni dinamikasına, ər-arvad rollarına hazırlamadı.  Uşaqlarımız var idi və mən patriarxal və şovinist xurafatları dəf edən məsuliyyətli, müasir bir insan, ata, incə tərəfdaş olmaq istəyirdim. Bütün bunlar doğru düşüncələr idi.

Ancaq həyəcan hissi keçmişdi, artıq cazibə, kişi ilə qadın arasında gözəl bir qütb yox idi.

Doymayan bir sevgilidən həyat yoldaşımın ən yaxın rəfiqəsinə çevrildim. Erotika, ehtiras, cinsi istək hara getdi. Koreyalı bir Alman filosofu Bun-Çxol Xan “Erosun aqoniyası” kitabında bu haqda geniş yazıb.

“Kişilər və qadınlar – indi onların arasında heç bir fərq yoxdur!”. Kişi axtaran bizm gənc qız dostlarımızdan biri belə deyib. O, əsl kişi axtarır!

O qız kimi mən bərabərliyi və səmimiyyəti bir-biri ilə səhv salmağa başladım. Ancaq kişi və qadın arasındakı uzun sevgi yalnız fərqlilik intriqası qorunub saxlanıldıqda tam və gözəl qala bilər.

Bir dəfə həyat yoldaşım mənə dedi: səni ilk növbədə sevirəm, çünki sən kişisən. O mənim kimi olmadığına işarə vurmuşdu. Əsl kişiyə sahib olmaq üçün qadınlar həqiqətən nəyi istəyirlər? Biz kişilər seksual, cəlbedici və arzu olunan olmaq üçün nə etməliyik?

“Nəhayət, nə edəcəyimizə qərar ver!”. İtaliyaya səfərimiz zamanı həyat yoldaşım qışqırdı. Mən yalnız onunla onuncu variantı müzakirə edəcəkdim ki, müasir insan kimi onun fikrini bilmək istəmirəm.

“Özün qərar ver!”. Üstümə çəmkirdi.

Bir anlıq vahimə üstümə gəldi. Səhv qərar verərəmsə, ucuz yataq dəsti ilə və ucadan danışan qonşularla icarəyə götürülmüş bir mənzildə ola bilərdik? “De, de!”. Arvad yorğun halda dedi. O, qarşısında qətiyyətli, qərar verə bilən bir adamın olmasını istəyirdi. Fövqəladə vəziyyətlərdə özünü itirməyən və qərar verən bilən birini. Onu dəstəkləyən bir kişini. Və burada yenidən seksual mövzuya qayıdırıq.

Əhəmiyyətli olan özünə nəzarətdir.

Fərqi yoxdur, kişi kimi məğlubiyyətə necə dözürəm, sosial vəziyyətim nə olursa olsun, əsl kişi heç vaxt özünü itirməməli və qətiyyətli olmalıdır. Bu o deməkdir ki, hər zaman hər şeyi düzgün etməlisən, hansı ki, qadın bunu səndən gözləməyib.

Neukelndə yaşadığımız zaman otuz yaşlı bir qadın tanışım mənə dedi ki, özü üçün yaxşı kişi tapa bilmir. Özünü tərifləməyən, qadının gözlərinə baxaraq hər şeyi anlayan birini axtarırdı.

O, müstəqil və ağıllı idi. Qadın kifayət qədər etibarlı və diqqətli bir adam tapa bilmədi. Niyə? Məgər kişilər qadınlardan ağıllı deyil, beyinləri böyük ölçüdə deyil? Şükürlər olsun ki, işıqlı bir dövrdə yaşayırıq.

Bu yaxınlarda neyroşünas Gina Rippon “Genderli beyin” adlı kitabında sübut etdi ki, kişi ilə qadının beyin fərqlərində kişilərin üstünlüyü yoxdur. Bu fikirlər heç kəsi təəccübləndirməyib, çünki doğrudan da heç vaxt belə üstünlük olmayıb.

Bioloji nöqteyi-nəzərdən kişilər və qadınlar, ilk növbədə hormonal olaraq fərqlənirlər. Nəticədə beyinlərini müxtəlif yollarla istifadə edirlər.

Əksər kişilər müəyyən bir bacarıqlara sahib olurlar, lakin bu, müəyyən dərəcədə onların qabiliyyətlərini məhdudlaşdırır: biz az emosional zəkaya sahibik. Yəni daha az incə qavrayışa. Buna görə də, emosional olaraq daha sabit və qətiyyətliyik.

Biz daha məqsədyönlü şəkildə hərəkət edirik, əksər qadınlar isə detallı düşünməyə başlayırlar. Kişilərə hər hansı bir işi həyata keçirmək daha asandır. Sadəcə işə köklənməlisiniz. Və demək olar ki, bütün qadınların kişilərindən gözlədikləri budur.

Qadınlar kişilərinə şübhələnməyə, duyğularını sınaqdan keçirməyə, məğlub olmağa imkan verirlər.

“Bunu həll edə bilərik, əzizim!”. Bu sehirli bir ifadə mütəmadi olaraq bizim nikahımızı saxlayır.

Bu ifadə sonsuz müzakirələrə son qoyur və həyat yoldaşımda hər şeyə qayğı göstərəcəyim hissiyatını yaradır. Onu yalnız əvvəlcə diqqətlə dinləməliyəm və fikirlərini başa düşdüyümü hiss etməliyəm. Və bu hiylə olmamalıdır. Çünki aldatdığımı dərhal anlayacaq. Bir sözlə: həqiqi kişi diqqətlə qulaq asır, eyni zamanda öz fikri var.

Əlbətə, o, həqiqətən istəyir ki, həyat yoldaşı Tanrı şahzadəsi olsun. Əslində isə o, əsl şahzadədir”.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*