“Anqara manyakı” Mixail Popkov üç qətlə görə daha 10 il həbs cəzası alıb.
KONKRET.az rus mediasına istinadən xəbər verir ki, manyak 1997-2003-cü illər arasında üç qadını öldürməkdə təqsirli bilinib. O, 1997-ci ildə İrkutskın Jilkino kəndində 27 yaşlı qızı, 1998-ci ildə İrkutskda Anqara çayının sahilində 25 yaşlı qızı, 2003-cü ildə isə Novo-Leninski qəbiristanlığında daha bir qurbanı qətlə yetirib.
Qatil əvvəllər 80-dən çox qadını silsilə qətlə yetirməkdə və bir sıra digər cinayətlərdə ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az